Neft ucuzlaşmaqda davam edir

Neftin qiyməti yenə ucuzlaşıb. APA TV-nin məlumatına görə, ötən gün birjalarda "Brent" markalı neftin bir bareli 51,53 dollardan satılıb. Hazırda bu markadan olan bir barel neft 51,40 dollardan təklif olunur. Qərbi Texas neftinin qiymətlərində isə ciddi dəyişiklik qeydə alınmayıb. Hərraclarda WTİ nefti 50,56 dollardan satılır.

 

Ekspertlər neftin qiymətinin həftə ərzində stabilləşəcəyini, ən azı 50 dollardan aşağı düşməyəcəyini düşünür. Ötən gün Bağdad hökuməti neft hasilatına kvota qoyulması ilə bağlı OPEK ölkələrinin razılaşmasından kənarda qalmasını istəyib. Məsələ ilə bağlı OPEK sədri Məhəmməd Barkindonun bu gün Bağdada gedəcəyi bildirilir. İraqla OPEK arasında razılıq əldə olunsa neftin qiymətində artım ola bilər. Ancaq analitiklər ABŞ xam neft ehtiyatlarının artacağını proqnozlaşdırır. Ehtiyatlar artacağı təqdirdə isə qiymətlərdə ucuzlaşma baş verə bilər. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR