Dollar və avro yenə bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 24-ü ilə müqayisədə bahalaşaraq 1,6211 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7638 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9808 manatdır. Beləliklə, funt sterlinq də bahalaşma nümayiş etdirib.


Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. 1000 rubl hazırda 26 manat 10 qəpik, 100 türk lirəsi 52 manat 60 qəpik, 100 gürcü larisi isə 68 manat 26 qəpik dəyərindədir.

 
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR