Pakistanda polis kollecinə hücum: xeyli sayda ölən və yaralanan var
Pakistanda polis təlim mərkəzinə hücum olub, xeyli sayda ölən və yaralanan var. APA TV-nin məlumatına görə, hadisə ölkənin cənub-qərbindəki Kvetta şəhərində baş verib.
6 nəfərlik silahlı qrup mərkəzə hücum edib. Binada azı üç partlayışın baş verdiyi bildirilir. İçəridən atışma səsləri gəlib. Terrorçular “Kalaşnikov” avtomatları və qumbaralarla silahlanıblar.
“Frans Press” agentliyinin məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 59-a çatıb. Hadisə nəticəsində kollecin 100-dək tələbəsi yaralanıb və ya xəsarət alıb.
Hücum zamanı binada 200 kursantın olduğu ehtimal edilir.
Hadisə yerinə Pakistan ordusunun bölmələri cəlb edilib. Havadan iki helikopter əraziyə nəzarət edir.
OXŞAR XƏBƏRLƏR
04:40
943
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
870
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1298
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1563
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1497
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1270