İmişlidə daşla dolu yük maşını qaçırıldı

İmişlidə mişar daşı ilə yüklənmiş avtomobil qaçırılıb, avtomobildə olan mişar daşları oğurlanıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, naməlum şəxs və ya şəxslər  rayon sakini Hakim Cavadova məxsus mişar daşı ilə yüklənmiş “KamAZ” markalı  yük maşının oğurlayıb.

 

Hadisə  ötən gün  rayonun daş bazarında qeydə  alınıb. Səhər saatlarında əraziyə gələn sürücülər yüklü avtomobilin oğurlandığından xəbər tutublar. Az sonra yük avtomobili yaxınlıqda olan kolluqda aşkar edilib. Avtomobildə olan 900 ədəd daşın da oğurlandığı məlum olub. Naməlum şəxslər digər avtomobilləri qaçırmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Lakin onlar avtomobillərin bir qisminə ziyan vurublar.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR