Fransada qaçqınlar “Cunqli”dən köçürülür

 

Fransada ötən gecə toqquşmaların baş verdiyi Kale düşərgəsindən qaçqınların köçürülməsi davam edir. Xüsusi yaradılmış mərkəzlərə 6-8 min nəfərin təxliyəsi nəzərdə tutulur. Köçürülmə bir həftə davam etməlidir.

 

Kaledəki düşərgə Böyük Britaniyaya getmək istəyən qeyri-leqal miqrantlar üçün iri ilkin məntəqə idi. Ötən gecə bir qrup qaçqın polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri dəyənək və tüstü şaşkalarına əl atmalı olub.

 

Kaledə miqrantlar üçün düşərgənin sökülməsi prezident Fransua Ollandın seçkilər ərəfəsində atdığı piar addımı hesab edilir. Ekspertlərin fikrincə, Fransanın miqrantlarla bağlı siyasətində radikal dəyişiklik gözlənilmir.

 

Miqrantların köçürülməsində 1200 polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir. “Cunqli” adı ilə tanınan düşərgədə 7000-ə yaxın qeyri-leqal miqrant yaşayır. Bu, rəsmi rəqəmdir. Qeyri-rəsmi məlumatlarda isə qaçqınların sayının 10 min nəfəri ötdüyü bildirilir. Onların məqsədi Böyük Britaniyaya keçməkdir. Söküntüdən bir neçə gün əvvəl Fransa hökuməti miqrantlara xüsusi məntəqələrdə qeydiyyatdan keçmək çağırışı ilə vərəqələr paylamışdı.

 

Köçürülmə prosesində qaçqınlar üç qrupa bölünür: ailəlilər, subaylar, azyaşlı və qadınlar. Qeydiyyatdan sonra onlar 60 avtobusla Fransanın digər bölgələrindəki mərkəzlərə daşımırlar. Onlara sığınacaq üçün müraciət hüququ verilib. Əgər hüquqa rədd cavabı verilsə, həmin şəxsləri deportasiya gözləyir.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR