Bakıda kütləvi dava olub, bıçaqlanan var
Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.
APA TV-nin məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.
Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V. Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
04:40
937
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
865
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1293
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1561
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1495
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1268