FETÖ-nün “Dərnəklər abisi” tutuldu
Ərzurumda “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) qarşı araşdırmalar çərçivəsində təşkilatı Şərqi Anadolu bölgəsindəki “Dərnəklər abisi” kimi tanınan iş adamı həbs edilib.
APA TV-nin məlumatına görə, həbs edilən şəxs Şərqi Anadolu İşadamları Dərnəkləri Federasiyasının baş katibi Halim Gökçedir. Polisə onun Ərzurumun Otu qəsəbəsində bir evdə gizləndiyi barədə məlumat daxil olub. Məlumat əsasında əməliyyat keçirilib və iş adamı tutulub.
Məlumata görə, Hakim Gökçe bölgədə FETÖ-yə aid dərnəkləri idarə edib və təşkilatın “dərnəklər abisi” kimi tanınıb. O, iş adamlarında təşkilata qarşı rəğbət yaratmaq üçün tez-tez onları xarici səfərlərə aparırmış. Bundan başqa, şübhəli şəxsin dərnəkdən ayrılmaq istəyən iş adamlarını hədələdiyi, eləcə də, terror təşkilatının adından pul topladığı da bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI