Ştaynmayer: "Avropa İttifaqı tezliklə məhv olacaq"

"Avropa İttifaqı dağılmağa məhkumdur". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Almaniyanın nüfuzlu "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində səsləndirib.

 

O, həmçinin ittifaqının süqutunun qarşısını almaq üçün vahid Avropa tərəfdarlarının öz strategiyasını yenidən nəzərdən keçirməli olduqlarını bildirib: "Maliyyə böhranı, miqrant axını və İngiltərədə keçirilən referendumun şoku Avropa İttifaqını dərin bir uçuruma sürükləyib. Əgər vahid Avropanın mövcudluğunu istəyənlər hazırkı strategiyanı dəyişməzlərsə, Avropanı dağılmaq təhlükəsindən qorumaq mümkün olmayacaq".

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR