Şəmkirdə gəlin və qaynana dəm qazından boğuldu

Şəmkirdə dəm qazından zəhərlənmə olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

 

Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini, 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

 

Gülnarə Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin Rəvanə Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR