Erməni deputat: "Apreldə itirilmiş ərazilərə görə fövqəladə iclas çağırılmalıdır"
"Hesab edirəm ki, aprel döyüşləri zamanı itirilmiş ərazilərə görə parlamentin fövqəladə iclası çağırılmalı, cəbhə xəttində yaranmış kritik vəziyyətdən çıxış yolları müzakirə olunmalıdır".
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, bu fikirləri "İrs" partiyasından olan deputat Zarui Postancyan səsləndirib.
"25 il ərzində ilk dəfə olaraq aprel döyüşləri zamanı biz ərazi itkiləri ilə qarşılaşdıq. Buna baxmayaraq, biz nə bunu, nə də həmin əraziləri necə geri qaytaracağımızı müzakirə etmədik. Ermənistan hakimiyyəti də bu suala konkret cavab verməyə tələsmir" - deyə Z.Postancyan bildirib.
Qeyd edək ki, onun fikirlərinə cavab olaraq parlamentin sədri Qalust Saakyan bu məsələni müzakirəyə çıxarmağa ehtiyac olmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR
04:40
937
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
864
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1293
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1561
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1495
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1268