Qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək - XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI