İsmayıllının daha iki kəndində torpaq sürüşməsi: evlərə ciddi ziyan dəyib
İntensiv yağan yağışlar İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaradıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, təxminən 1 həftədir başlanan sürüşmə son iki gündə daha da aktivləşib. Ümumilikdə 320 nəfər sakini olan Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Bəzi evlərin divarlarında xırda çatlar əmələ gəlib.
Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. Yarğan kənd sakini Əliyev Ağalı Nadir oğlunun həyətyanı sahəsinə doğru hərəkət edərək təsərrüfat tikilisinə böyük ziyan vurub, onun yaşadığı mənzil isə uçmaq təhlükəsi qarşısında qalıb, mənzildə çatlar əmələ gəlib.
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, əraziyə aidiyyəti orqanlar tərəfindən baxış keçirilib və hələ ki, bir evin sakinlərinin təxliyə olunmasına qərar verilib. Sürüşmə sahəsi genişlənərsə və başqa sakinlərin mənzillərinə də ziyan dəyərsə, dərhal evlərin boşaldılmasına və ailələrin təhlükəsiz əraziyə köçürülməsinə qərar veriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI