Fətullah Gülənin qardaşı uşaqları saxlanıldı
Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüseyn Gülən və Büşra Gülən saxlanılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.
Saxlanılanlar FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda, həmçinin "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.
Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları "ByLock" əlaqə proqramı vasitəsilə göndərirmiş.
Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.
OXŞAR XƏBƏRLƏR
04:40
963
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
881
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1309
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1563
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1498
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1270