Ayətullah Ameli: "Fətullah Gülən cənnətə düşsə, ora ayağımı atmaram"

İranın dini liderinin Ərdəbil təmsilçisi Ayətullah Aməli Türkiyəli jurnalistlərlə görüşüb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "Gülən camaatı" ilə bağlı maraqlı açıqlamalar verib.

Aməli "Fətullah Gülən cənnətə düşərsə mən ora addımımı atmaram" deyib. Ayətullah çətin günlərdə Türkiyənin yanında olduğunu bildirib.

Görüşdə iştirak edən qrupa rəhbərlik edən Türkiyənin "Hürriyyət" qəzetinin yazarı professor İlbər Ortaylı Ərdəbildə Şah İsmayılın babasının türbəsini ziyarət etdiklərini bildirib.  
 

Ortaylı bu ziyarətdən çox duyğulandığını dilə gətirib: "Bərabər nə qədər ağlasaq, azdır. İki böyük türk sultanı avropalıların oyununa gəlib savaşdılar və gücləri zəiflədi. Amma savaşmaq yerinə birləşsəydilər, dünyaya hökmranlıq edərdik. Şah İsmayıl Osmanlı sarayına bu oyunu pozmaq üçün indi də tarixi arxivlərdə saxlanılan məktublar göndərib. O, müharibənin lazım olmadığını dəfələrlə deyib. Təəssüf, Yavuz Səlim bu xəbərdarlıqları ciddiyə almayıb və savaş başlayıb. Səfəvilərlə Osmanlı birləşsəydi böyük bir dövlət qurulardı və dünya tarixi bu gün belə olmazdı".

Professor əlavə edib ki, həmin vaxt Anadolu xalqı könlünü Şeyx Səfiyyədinə bağlayıb: "Maraqlıdır ki, Şah İsmayıl divanını türkcə, Sultan Səlim isə şeirlərini farsca yazıb".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR