Səudiyyəli nazir: "ABŞ-ı neft danışıqlarına dəvət etməyəcəyik"

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih Vaşinqtonun neft hasilatı üzrə razılaşmalarda iştirakı barəsində danışıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın “qara qızıl” hasilatçısı olan ölkələrin neft bazarının stabilləşdirilməsi üzrə addımların müzakirəsinə dəvət olunmamasını şərh edərkən, nazir rəsmi Vaşinqtonun bu istiqamətdə əldə olunacaq heç bir razılaşmada iştirak etməyəcəyini bildirib. 

 

Qeyd edək ki, daha öncə Səudiyyə Ərəbistanının neft hasilatından asılılığın azalması istiqamətində atdığı addımların ölkə üçün qarşısıalınmaz nəticələrə gətirib-çıxaracağı bildirilib. 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR