Novak: "OPEK hasilatı bir illik azaltmaq istəyir"

Moskva ilə Ər-Riyad energetika sahəsində bir sıra layihələrin reallaşdırılmasını razılaşdırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak ərəb həmkarı ilə görüşünün nəticələrini şərh edərkən verib.

 

O, həmçinin neft istehsalçısı ölkələrin neft bazarının balanslaşdırılmasına yönələn qərarlardan məmnun qalacağını bəyan edib. Bir qədər öncə isə nazir krallığın milli neft şirkəti olan “Aramco”nun baş ofisində olub.

 

Dünyada karbohidrogen ehtiyatının 10 faizinə nəzarət məhz “Saudi Aramco” şirkətin həyata keçirilir. Səudiyyə Ərəbistanı hökuməti adətən neft hasilatı məsələlərini qapalı saxlayır. Buna görə də, Rusiyanın energetika nazirini ofis ilə məhz “Aramco” rəhbərliyi tanış edib.
 

Uzun illərin ən irihəcmli neft böhranı çox güman ki, bazarın əsas rəqiblərini başlıca tərəfdaşlara çevirib.

 

"Bizə elə gəlir ki, rəqabət aparmaqla yox, məhz əməkdaşlıqla çox şeyə nail ola biləcəyik. Neft və qaz hasilatı sahələri çox ciddi təzyiqlərlə üzləşib. Belə olan halda iki nəhəng istehsalçı səylərini koordinasiya etməlidir". Bu fikirlər Səudiyyənin neft naziri Xalid əl-Fəlihə aiddir.

 

Aleksandr Novak isə hər iki ölkənin yüksəlmək istədiyi nöqtənin olduğunu deyib: ""Saudi Aramco" dünyanın nəhəng neft istehsalçısıdır. Rusiya da hazırda özünün neft formasının pik həddini yaşayır. Bu isə hər il rekord hasilat göstəricisi deməkdir. Lakin indiki şəraitdə hasilat dövriyyəsini azaltmaq daha sərfəlidir. Ən əsası biz neft sahəsinin inkişafı üçün birlikdə çalışmaq istəyirik. Buna görə də hasilatın dondurulması üzrə məsələ müvvəqqəti dövr üçün nəzərdə tutulub”.

 

Səudiyyəli nazir hasilat dondurulmasının 2017-ci ilədək davam edəcəyini düşünür:

“Biz noyabrdan etibarən bir il ərzində təkcə hasilatın dondurulması üzrə yox, həm də azaldılması ilə bağlı razılıq əldə edəcəyik. OPEK ölkələri hasilatı bir il müddətində azaltmaq istəyir”. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR