Dollar və avro bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 21-i ilə müqayisədə bahalaşaraq 1,6150 manat təşkil edib.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7549 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9705 manatdır. Beləliklə, funt sterlinq də bahalaşma nümayiş etdirib.


Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. 1000 rubl hazırda 25 manat 80 qəpik, 100 türk lirəsi 52 manat 45 qəpik, 100 gürcü larisi isə 68 manat 29 qəpik dəyərindədir.

 
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR