Ayda 153 manatla keçinən YEDDİUŞAQLI AİLƏ
Milli Məclisin son iclasında “Sosial müavinətlər haqqında” qanunda 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət verilməsinin qərara alınması az təminatlı ailələri sevindirib. Lənkəranın Sinovlu kəndində yaşayan aztəminatlı Mehrəliyevlər ailəsində də çox uşaq var. Bu qərardan daha çox sevinən ailənin 32 yaşlı gəlini, 7 uşaq anası olan Samirə Mehrəliyeva APA TV-yə deyir ki, həyat yoldaşı fəhlə işləyir. Ailənin maddi ehtiyacı dövlət tərəfindən onlara ayrılan 153 manat ünvanlı sosial yardımla ödənilir.
6 qız bir oğul anası olan Samirə Mehrəliyeva deyir ki, imkansızlıqdan uşaqların hamısı eyni vaxtda məktəbə gedə bilmir. Övladları bir-birinin paltarını geyinir, bu səbəbdən biri o birinin dərsdən gəlməsini gözləyir. Deyir ki, bu qərarın icrası ilə onun bütün uşaqları oxuyacaq, ailədəki problemlər nisbətən həllini tapacaq.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI