Türk hərbçiləri azərbaycanlı dənizçini belə xilas etdi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı “M/V FOM” yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.
Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə “Yıldırım” gəmisini göndərib. Gəmidəki “AB-212” Xilasetmə əməliyyatı üçün hava qaldırılıb. Helikoptedən endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, 8 gəmi heyəti xilas edilib.
Gəmi heyəti Ereğli limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI