Çevriliş baş tutsa, Türkiyə rəhbərlərini nə gözləyirdi? - GİZLİ PLAN ORTAYA ÇIXDI
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı daha bir plan ortaya çıxıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin gün prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda olduğu halda helikopterlə açıq dənizdə gözləyən gəmilərdən birinə aparılacaqdı.
İzmir Cümhuriyyət Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunda hazırlanan 300 səhifəlik FETÖ iddianaməsi məhkəməyə təqdim edilib. 800 şübhəlinin dindirilməsi əsasında hazırlanan sənəddə 13 generalın da ifadəsi yer alır.
Sənəddə Fətullah Gülənin ekstradisiyası üçün kifayət qədər sübutun olduğu qeyd edilir.
Çevriliş cəhdindən bir neçə gün əvvəl aralarında generallar və FETÖ imamlarının olduğu böyük bir qrup Ankarada lüks hotellərdən birində 15 iyul planını cızıb. İmamların rəhbəri olan Adil Öksüz adlı şəxs gəlinən qərarla Fətullah Güləni tanış etmək üçün ABŞ-a gedib və 12 iyulda geri dönüb.
Onların planında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və ölkənin Jandarma komandanını da yola gətirmək istəyi olub.
Türkiyə prezidentindən başqa baş nazir Binəli Yıldırım, daxili işlər naziri Əfqan Ala, MİT rəhbəri Hakan Fidan, Baş Polis İdarəsinin müdiri Cəlaləddin Ləkəsiz və bir neçə digər önəmli şəxslər hərbi bazalardan birinə aparılacaqmış.
Hazırda axtarışda olan Adil Öksüzün həmin toplantıda xalqın bu çevriliş cəhdinə mane olacağı variantına "belə şeyləri ağlınıza gətirməyin, bu düşüncələrimizə şeytanı qarışdırmaqdır" dediyi məlum olub.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?