İŞİD-dən dəhşətli addım: kimyəvi zavod yandırıldı

İŞİD Qəyyar şəhərində kimyəvi fabrikə od vurub. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, 1000-ə yaxın sakinin toksik qazlardan zəhərləndiyi bildirilir.

İraq ordusu həmin şəhəri bu günlərdə terrorçulardan təmizləyib. İŞİD şəhəri tərk etməzdən zavodu yandırıb.

Amerikanın İraqdakı hərbi komandanlığından verilən məlumata görə, zəhərlənən şəxslərə xəstəxanada yardım göstərilir.

Xəstəxananın həkimi Səddan Cuma zəhərlənənlər arasında astma xəstəliyindən əziyyət çəkənləri daha ağır vəziyyətdə olduqlarını bildirib.

Xatırladaq ki, Mosul əməliyyatı başlayan gündən İraq ordusu və peşmərgə beynəlxalq koalisiyanın dəstəyi ilə 50 yaşayış məntəqəsini azad edib. Döyüşlərdə 400 terrorçunun öldürüldüyü qeyd olunur.

Bu arada üç gün əvvəl Mosulda İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin göründüyü vurğulanır. Onun şəhərə hansı yolla daxil olması bilinməsə d, Bağdadinin terrorçuları dəstəkləməsi üçün əməliyyat gedən əraziyə gəldiyi məlumdur.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR