Rusiyada terror aktının qarşısı alındı, polisə qumbara atdılar

Rusiyanın Nijni Novqorod şəhərində iki nəfər silahlı zərərsizləşdirilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, onların terror aktı planlaşdırdığı ehtimal olunur.

Şəhərin "Tsevetı" mikrorayonuna atışma səsləri eşidilib. Dərhal həmin əraziyə xüsusi təyinatlılar cəlb olunub. Cinayətkarlar ağ rəngli avtomobildə qaçmağa cəhd göstəriblər. Bu mümkün olmadıqda isə atışma başlayıb. Əməliyyatdan sonra xüsusi təyinatlılar əməliyyatdan sonra şəhərin giriş-çıxışı bağlayıb.

Sakinlər silah səslərindən başqa partlayış səsi də eşitdiklərini deyib. Onlar əməliyyatçılara qumbara atıldığını bildiriblər.

Əməliyyat zamanı hüquq mühafizə orqanları əməkdaşları arasında itki olub-olmadığı barədə məlumat verilmir.


Məlum olub ki, silahlı şəxslər şəhərdə kirayə ev tutublar və orda yaşayıblar. Onların İŞİD üzvü olduqları istisna olunmur.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR