Bakı sakini olan qadın Zaqatalada huşsuz vəziyyətdə tapıldı - TƏFƏRRÜAT
24 yaşlı Bakı sakini Zaqatalada qaz sızmasından zəhərlənib. APA TV-nin məlumatına görə, oktyabrın 22-dən 23-ə keçən gecə saat 1 radələrində Zaqatala şəhəri Sülh küçəsi bina 5 mənzil 31-də bağlı qapı arxasında bir nəfərin qalması barədə FHN-nin Zaqatala rayon DYMH-ə məlumat daxil olub.
FHN-nin Zaqatala rayon DYMH-nin yanğınsöndürən xilasediciləri hadisə yerinə cəlb edilib. Bağlı qapını açaraq içəri daxil olan yanğınsöndürən xilasedicilər otaqda 1992-ci il təvəllüdlü Arzu Alik qızı Qubatovanı huşsuz vəziyyətdə aşkar ediblər.
Araşdırma zamanı məlum olub ki, beş mərtəbəli binanın dördüncü mərtəbəsində qalan Arzu Qubatova qaz sobasını nəzarətsiz qoyaraq yatıb. Havanın küləkli olması səbəbindən soba sönüb və qaz evə dolub.
Arzu Qubatova aidiyyəti üzrə hadisə yerinə çağırılmış Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin əməkdaşlarına təhvil verilib. Qaz sızmasından zəhərlənən Arzu Qubatova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti orta-stabil qiymətləndirilir.
Məlumatda bildirilir ki, Bakı şəhərində qeydiyyatda olan və yaşayan Arzu Qubatova bir gün əvvəl Zaqatalaya qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI