Sabirabadda ağır qəza: sürücü öldü, 2 nəfər xəsarət aldı
Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində Kür çayının üzərindəki körpüdə 18 BF 747 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 LZ 878 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü Sabirabad sakini, 1994-cü il təvəllüdlü Cəfərov İsrafil Rəşid oğlu ölüb, daha 2 nəfər xəsarət alıb.
"Mercedes" markalı avtomobilin sürücüsü Bakı sakini, 1983-cü il təvəllüdlü İsrafilov Vüsal Həşim oğlu və “VAZ 2107”nin sərnişini Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Məhərrəmli Kamran Şahin oğlu ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI