Astarada müəmmalı hadisə: ovçu özünü ovda güllələdi

Astarada güllələnmə hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Kakalos kəndi ərazisində qeydə alınıb.


Ova gedən kənd sakini, 57 yaşlı Sadir Həbib oğlu Rəhimovun meyiti yaxınları tərəfindən evlərinə yaxın ərazidə aşkarlanıb. Dərhal hadisə barədə rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. Sadir Rəhimovun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İlkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı 1/3 hissəsində odlu silah yarası olduğu təsdiqini tapıb.

İlkin versiyaya görə, Sadir Rəhimovun ölümünə  səbəb odlu silahla  ehtiyatsız davranması olub.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR