Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin V Hesabat-Seçki Konfransı keçirilib.

 

APA TV-nin məlumatına görə, konfransda 45 rayondan 43 nümayəndə iştirak edib.

 

Mandat komissiyasının sədri və üzvləri seçildikdən sonra birliyin sədri Məhəmməd Vəliyevin hesabatı dinlənilib.

 

Sədr bildirib ki, qurumun fəaliyyəti dövründə Əfqanıstan müharibəsi əlilləri və veteranlarının həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülüb. Onların əksəriyyəti yeni avtomobillərlə təmin olunub. Eyni zamanda hesabat dövründə birliyə 761 sosial yönümlü müraciət daxil olub  ki, bu müraciətlərin 430-u öz müsbət həllini tapıb. Yekunda hesabat səsə qoyularaq, qəbul edilib.

 

Daha sonra birliyə yeni sədr seçilib. Səsvermə nəticəsində Məhəmməd Vəliyev yenidən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri seçilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR