Şirvanda 3 avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Şirvan şəhərində zəncirvarı avtomobil qəsazı baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Heydər Əliyev prospektində “Hamann” markalı avtomobil iki "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə “Hamann”ın sürücüsü, Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Mehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.
Hadisə nəticəsində 4 nəfər Şirvan sakini - 1964-cü il təvəllüdlü Mustafayev Elbəy Oruc oğlu, 1980-ci il təvəllüdlü Mustafayev Elşən Elbəy oğlu, 1970-ci il təvəllüdlü Zaur Gülağa oğlu Davudov və 1997-ci il təvəllüdlü Mehrabov Elmir Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:05
437
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
371
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
504
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
395
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
381
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1198