Ərdoğan-Putin yaxınlaşması: nələr müzakirə olunur? - KREMLDƏN AÇIQLAMA

"Rusiya və Türkiyə prezidentləri ən həssas mövzular ətrafında fikir mübadiləsi aparırlar". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov verib.

O bildirib ki, müzakirələrə Yaxın Şərqdə gedən proseslər və ikitərəfli münasibətlərin inkişafının ən yüksək səviyyəyə çatdırılması daxildir.

"Dövlət başçılarının arasında qarşılıqlı inam var. Bu o dərəcədədir ki, onlar ən son məlumatları bölüşürlər. Siz məndən soruşsanız ki, hər şey əvvəlki səviyyəsinə qayıdıb ya yox, mən cavab verərəm ki, münasibətləri pozmaq çox asandır, amma onu bərpa etmək üçün vaxt lazımdır. Bunun üçün prezidentlər çox böyük səy nümayiş etdirdilər", - deyə Kreml rəsmisi qeyd edib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR