Ateistlər üçün məzarlıq salınır - DİNİ QURUMDAN RAZILIQ
İsveçdə ilk dəfə ateistlər üçün qəbiristanlıq salınır. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, həmin məzarlıq üçün ərazi ölkənin Burlenq şəhərində ayrılıb.
Təşəbbüsü şəhər sakini, müəllim Cozef Erdem irəli sürüb. O bildirib ki, hər kəs öldükdən sonra özünün harada dəfn olunmasını və prosesin necə baş tutmasını müəyyən etməkdə sərbəst olmalıdır. Müəllim bununla bağlı kilsəyə də müraciət edib və müsbət rəy alıb.
Artıq bir neçə nəfər salınacaq qəbiristanlıqla bağlı maraqlanıb və yer sifariş etmək istəyib.
Xatırladaq ki, İsveç Çindən sonra ateistlərin ən çox yaşadığı ikinci ölkədir. İsveçin 76 faizi dinsizdir.
Qeyd edək ki, ABŞ-ın Mayami universitetində ilk dəfə ateizmlə məşğul olan kafedra açılıb. Bu kafedranın fəaliyyətə başlaması üçün 83 yaşlı biznesmen Lui Appidciani 2 milyon dollar xərcləyib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?