Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib
Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 117 saylı və "Şimali Dres" qəsəbəsində yerləşən 230 saylı orta məktəbdə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda tədbir keçirilib. Tədbirdə Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov, rəis müavini İsmayıl Qasımov, Xəzər rayon İcra Hakimiyyətinin məsul şəxsləri , Xəzər Rayon Mərkəzi xəstəxanasının baş narkoloqu Zakir Cabbarov şagirdlər qarşısında çıxış ediblər.
Xəzər rayon Polis İdarəsinin rəisi Azər Muradov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. Məktəbin direktor müavini Səfurə Rəhimova isə şagirdlərə narkomaniyanı heyvan bataqlığı kimi təsvir edib.
117 saylı məktəbin direktor müavini Səfurə Rəhimova narkomaniyaya aludə olan insanları bataqlığa düşən canlılarla müqayisə edib: "Bu, Sibir meşələrində bataqlığa bənzəyir. Orada yaşayan heyvanlar o bataqlığa düşür və oradan çıxmaq üçün necə çırpınırsa, bu narkomanları da onlara bənzətmək olar. Onlar çırpındıqca, bu bataqlığın əhatə dairəsini daha çox böyüdürlər".
230 nömrəli məktəbdə təşkil olunan analoji tədbirdə isə 500-ə yaxın şagird və müəllim heyəti iştirak edib.
İdarənin rəis müavini İsmayıl Əsədov i ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlər görüldüyünü bildirib. O, yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü vurğulayıb.
Tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub, şagirdləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?