Wikileaks: Assanj sağdır, ABŞ-a kiberhucumları dayandırın!

Wikileaks portalı öz tərəfdarlarını ABŞ-ın internet resurslarına kiberhücumları dayandırmağa çağırıb. APA TV-nin məlumatına görə, portalın Twitter səhifəsində yayılan müraciətdə bildirilir ki, Culian Assanj sağdır və Wikileaks məlumatları dərc etməkdə davam edir: "Biz tərəfdarlarımızı ABŞ-ın internet resurslarına hücumları dayandırmağa səsləyirik. Siz öz mövqeyinizi artıq ifadə etmisiniz".

 

Xatırladaq ki, Wikileaks portalı oktyabrın 17-də hazırda Ekvadorun Londondakı səfirliyində qalan Culian Assanjın internetə çıxışının məhdudlaşdırıldığı barədə məlumat yayıb. İlkin məlumatda internetə çıxışın Britaniya hökuməti tərəfindən məhdudlaşdırıldığı bildirilsə də, sonrada bu addımn Ekvador hökuməti tərəfindən atıldığı qeyd olunub. Wikileaks portalında Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonun Goldman Sachs korporasiyasında çıxışının mətni yayımlanıb. Bundan sonra ABŞ-ın dövlət katibi Con Kerri Ekvador hökumətindən bu mətnin yayımlanmasını dayandırmaqda kömək istəyib.

 

Dünən ABŞ-ın ən böyük provayderlərindən olan Dun kütləvi DDoS hücumlara məruz qaldığını bəyan edib. Hücum nəticəsində ölkənin bir çox populyar saytlarına giriş mümkün olmayıb. Federal Təhqiqat Bürosu kiberhucumların kim tərəfindən təşkil olunması ilə bağlı araşdırma aparır.


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR