Ermənilər cəbhədə gərginliyi artırdı
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Nəmirli, Şuraabad kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?