Neft həftəni yüksək qiymətlə başa vurdu

Gözləntilərin əksinə olaraq neft həftəni yüksək qiymətlərlə başa vurub. Birjaların bağlanış seanslarında "Brent" markalı neftin bir bareli 51,91 dollardan satılıb. Bu, həftənin ortalama qiymətinə bərabər rəqəmdir. Qərbi Texas nefti də bahalaşma trendinə daxil olub. WTİ nefti son hərraclarda 50,98 dollardan təklif edilib.

 

Qiymətlərin bahalaşmasına ABŞ-da şist nefti hasilatının azalması ehtimalı təsir göstərib. Həftə sonu ölkə üzrə qazma qurğularının sayına dair hesabat açıqlanacaq, mediaya sızdırılan məlumatlarda qurğuların sayının azaldığı qeyd olunur. Bu isə ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının azalacağı deməkdir. Qiymətlərin bahalaşması bazarın bu ehtimala reaksiyasıdır.

 

Ekspertlər yeni iş həftəsinin ilk saatlarından neftin bir qədər də bahalaşacağını düşünürlər. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR