Kərkükdə küçə döyüşləri gedir: türkmən jurnalist öldürüldü
İraqda İŞİD terror təşkilatı üzvlərinin eyni vaxtda terror aktları törətdiyi Kərkük şəhərində küçə döyüşləri davam edir. Ən qızğın döyüşlər İŞİD-in ələ keçirdiyi otel və ətrafında gedir. Kürd silahlıları otelin girişinə yaxınlaşıblar və İŞİD üzvlərinə atəş açmağa başlayıblar. Otel zirehli texnika ilə də vurulur.
Küçəyə çıxmağın qadağan edildiyi Kərkükün bütün giriş və çıxışları bağlanıb. Ərbildən Kərkükə gələn yük maşınları 20 kilometrlik tıxac yaradıblar.
Ötən gecə polis formaları və mülki geyimlərdə olan İŞİD üzvləri dövlət idarələri və hündür binalara daxil olublar. 1 sutkadır İŞİD üzvləri ilə kürd silahlıları arasında döyüşlər davam edir. İŞİD-çi snayperlər hərbçi və mülki şəxslərə atəş açırlar.
Kərkükdəki terrorçuların dəqiq sayı məlum deyil. İndiyədək şəhərdə azı 6 partlayış törədilib.
Şəhərdəki döyüşlər zamanı “Türkmeneli” telekanalının xəbər müdiri Əhməd Nəcməddin Haceroğlu öldürülüb. İŞİD-in hücumlarını işıqlandırmaq istəyən jurnalist avtomobilə hücum nəticəsində həyatını itirib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?