Göyçayda tələbələr yol qəzasına düşdü: 4 yaralı

Göyçay rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə oktyabrın 21-i saat 17.30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 226-cı kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb. VAZ-2106 markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yolun kənarında dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb.

 

Hadisə zamanı VAZ-2106 markalı avtomobildəki şəxslər - Ağdaş rayonunun Ağcayazı kənd sakinləri, 1986-cı il təvəllüdlü Abdulrəhimov Elnur Elman oğlu, 1991-ci il təvəllüdlü Şirinov Elşən Mahir oğlu, Ucar şəhər sakini, 1996-cı il təvəllüdlü Əsgərova Aynurə Sahib qızı və Göyçayın Müskürlü kənd sakini, 1997-ci il təvəllüdlü Əzimova Türkan Rəşid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların həyatı xilas olunub. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

 

Qeyd edək ki, Türkan Əzimova və Aynurə Əsgərova Ağdaş Dövlət Hümanitar Kollecinin tələbələridir. Hadisəyə havanın yağmurlu olması və sürücünün avtomobili yüksək sürətlə idarə edərkən yola qəflətən inəklərin çıxması səbəb olub.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR