İsmayıllıda ağaclar ikinci dəfə çiçəklədi - KURYOZ

İsmayıllı rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhərində yaşayan Rövşən Cənnətalıyevin həyətyanı sahəsində alma və armud ağacları ikinci dəfə çiçək açıb.

 

Onun sözlərinə görə, bu il ağaclar yazda normal çiçəkləyib. Ev sahibi birinci dəfədir ki, meyvə toplanılan vaxtda ağacların yenidən çiçək açmasının şahidi olduğunu və belə bir halın İsmayıllıda heç vaxt baş vermədiyini bildirib.

 

Təsərrüfat sahibi bu qeyri-adi təbiət hadisəsini ancaq öz həyətində olduğunu qeyd edib. Həyətdə 10 növdə meyvə ağacı var və bunlardan yalnız alma, armud və alça ağacı ikinci dəfə çiçək açıb. Meyvələrin hələ ağacda olmasına baxmayaraq, ağacların nəyə görə yenidən çiçək açması mütəxəssisləri də düşündürür.

 

Rövşən Cənnətalıyevin sözlərinə görə, 10 gündür intensiv yağışların yağmasına baxmayaraq, alça ağacı artıq çiçəkdən meyvəyə keçib. Əgər hava şəraiti imkan versə, meyvə yetişə bilər. Təsərrüfat sahibi bu maraqlı təbiət mənzərəsinin ona qeyri-adi təsir bağışladığını bildirib.  

 

Rövşən Cənnətalıyevin bağındakı meyvə ağaclarının bu soyuq və yağışlı havada yenidən çiçəkləməsi və ağaclarda meyvə ilə yanaşı çiçəklərin də olması hamının marağına səbəb olub. Hər gün bu təbiət hadisəsini seyr etmək üçün onlarla insan onun həyətinə gələrək, meyvə və çiçəklərin fonunda şəkil çəkdirir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR