İŞİD Mosulda 550 ailəni qaçırdı
İŞİD terror təşkilatı Mosulda 550 ailəni qaçırıb. APA TV-nin məlumatına görə, BMT-nin insan haqları üzrə nümayəndələri terrorçuların Mosul ətrafı kəndlərdən ən azı 500 ailəni şəhər mərkəzinə qaçırdığını açıqlayıb.
Rəsmilər şəhərdə İŞİD-çilərin olduğu bölgəyə aparılan ailələrin canlı sədd olaraq istifadə ediləcəyini düşünür. BMT sözçüsü Ravina Şamdasani yerli qaynaqlara istinadən bildirib ki, terrorçular bir kənddə 40 mülkü şəxsi öldürüb.
Mosul əməliyyatına cavab olaraq düşünülən Kərkük hadisəsi də ailə qaçırılması ilə nəticələnib. Səhər saatlarından şəhərdə başlayan döyüşlər nəcitəsində bir neçə terrorçu öldürülüb. 13 mülki şəxsi isə terrorçular qətlə yetirib. İraq Türkmən Cəbhəsi Ərbil millət vəkili Aydın Maruf Anadolu Agentliyinə bildirib ki, Kərkükdə İŞİD terrorçuları 3 türkmən ailəsini qaçırıb.
Şəhərdə döyüşlər hələ davam edir.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?