Səfir: "Azərbaycan prezidentinin bəyanatlarını Vaşinqtona çatdırmışam"
"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır". APA TV-nin məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib ki ABŞ həmsədrlər, Azərbaycan və Ermənistanla birlikdə çalışaraq, uzun müddətdir davam edən münaqişənin həllinə səylər göstərir.
"Bu səylərin göstərici olaraq sabah amerikalı həmsədr Uorlik, o cümlədən digər vasitəçilər Azərbaycana gəlirlər. Məqsəd münaqişənin həllinə təkan verməkdir. Azərbaycan prezidenti son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məlumatlar çatdırmışam", - deyə diplomat qeyd edib.
Onun fikrincə, ABŞ və Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir, hər iki tərəf əlaqələrin inkişafı üzərində işləyib, addımlar atıb: “Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi daha güclüdür. Biz Azərbaycanla daha sıx münasibət istəyirik və düşünürük ki, daha yaxşısına nail ola bilərik”.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?