Səlim Müslümov Qobustanda vətəndaşları qəbul edib

     Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustan rayonunda Şamaxı, Ağsu, İsmayıllı, Göyçay və Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, qəbul zamanı vətəndaşların müraciətləri əsasən dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatına və bərpa müalicəsinə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya hüququnun müəyyən olunması və digər məsələlərlə bağlı olub. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.

 

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin bir qisminin həlli ilə bağlı nazirin tapşırığına uyğun olaraq yerindəcə müvafiq tədbirlər görülüb. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş iş yerləri barədə məlumatlar verilib və onlar seçdikləri iş yerlərinə göndərişlə təmin olunublar. Müraciət edənlərdən bir qismi bərpa müalicəsi xidmətləri, reabilitasiya vasitələri ilə təmin olunmaq üçün qeydiyyata götürülüblər. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Sonra nazir Səlim Müslümov Qobustan rayonunda özünüməşğulluq proqramı üzrə həyata keçirilən təlim prosesi ilə də tanış olub, təlimə cəlb edilmiş sakinlərlə görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR