FHN: Yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir
Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Hazırda Binəqədi rayonunun Binəqədi şosesində və Sabunçu rayonunun Zabrat qəsəbəsində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:05
437
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
371
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
504
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
395
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
381
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1198