Göytəpə Sərhəd Dəstəsində multikultiralizm mövzusunda tədbir keçirilib
Bü gün Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, müasirlik, varislik" mövzusunda seminar keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, əsgər və zabitlərin iştirakı ilə keçən tədbirdə məruzə ilə çıxış edən DQİDK-nin əməkdaşı Cahandar Əlizadə müasir multimədəni cəmiyyətdə, düşünülmüş multikulutralizim siyasətinin əhəmiyyəti və bu sahədə Azərbaycanın əldə etdiyi uğurlardan ətraflı söz açıb.
Məruzə ətrafında çıxışlarda ölkəmizdə yaşayan müxtəlif etnik qrup və dini konfessiyaların milli mədəniyyətimizə inteqrasiyası və harmonik inkişafı məsələlərinə toxunulub, həmçinin aparılan dövlət siyasətinin uğuru kimi çoxsaylı konflikt ocaqlarının cərəyan etdiyi bir zamanda Azərbaycanda mövcud olan sabitlikdən bəhs olunub.
Tədbirdə dini radikalizm məsələlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda Göytəpə Sərhəd Dəstəsinin komandanlığı maraqlı və məzmunlu tədbirin təşkilinə görə DQİDK-nin rəhbərliyinə minnətdarlığını çatdırıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?