Samuxda yaşayış evi partladı

Samuxda yaşayış evində partlayış olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə N.İsmayılov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onlar Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilib.

 

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR