Türk qırıcıları 3 ölkədə terrorçuların mövqelərini bombaladı
Türkiyə Hərbi Hava Qüvvələri üç ölkə ərazisində hərbi əməliyyat keçirib. APA TV-nin məlumatına görə, Baş Qərargahdan verilən açıqlamada Çukurcada Hisar dağının cənubunda və şərqində keçirilən iki hava əməliyyatı nəticəsində 12 PKK terrorçusu öldürülüb.
İraqın şimalındakı Avaşin Basyan bölgəsində isə PKK-ya məxsus atəş nöqtələri vurulub, 6 terrorçu zərərsizləşdirilib. Eyni bölgədə daha 4 hədəf də məhv edilib.
"Fərat qalxanı" əməliyyatının 59-cu günündə isə Suriya ərazisində İŞİD terror təşkilatına məxsus 40, PYD/PKK-ya məxsus 6 hədəfə hava zərbəsi endirilib.
OXŞAR XƏBƏRLƏR
19:05
457
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
389
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
524
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
400
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
388
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1202