Məşhur narkobaron ABŞ-a təhvil veriləcək
Meksika məhkəməsi məşhur narkobaron Hoakim Qusman Louerin ABŞ-a ekstradisiya edilməsi barədə qərar çıxarıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, "El-Çapo" və "Cırtdan" ləqəbli narkobaronun ABŞ-a təhvil veriləcəyi tarix dəqiq açıqlanmayıb.
"Sinaloe" narkokartelinə qarşı Amerikanın Texas və Kaliforniya ştatlarında ittihamlar irəli sürülüb. Bundan başqa narkobaron bir neçə qətl hadisəsində də təqsiri bilinir.
Bu vaxta qədər "El-Çapo" üç dəfə həbs olunub. Bunun ikisində o, həbsxanadan qaçmağı bacarıb və 14 il gizlənməyi bacarıb.
Narkobaronun vəkilləri onun azad olunması üçün bütün imkanlardan istifadə edəcək və axıra qədər mübarizə aparacaqlar.
Bu arada oktyabrın 17-də Meksikada federal hakim Visente Bermudes başından güllələnərək öldürülüb. Hoakim Qusmanın və onun dostu - "Zeta" narkokartelinin rəhbəri Migel Trevinonun işini Məhz qətlə yetirilən hakim aparırdı.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?