Avro ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 20-i ilə müqayisədə bahalaşaraq 1,6091 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,7543 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9697 manatdır. Beləliklə, funt sterlinq bahalaşma nümayiş etdirib.


Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. 1000 rubl hazırda 25 manat 80 qəpik, 100 türk lirəsi 52 manat 48 qəpik, 100 gürcü larisi isə 68 manat 18 qəpik dəyərindədir.

 
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR