Neft ucuzlaşır - DOLLARA GÖRƏ

Dünya bazarında neft ucuzlaşıb. APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,14 dollar azalaraq 51,24 dollar olub.


Qərbi Texas markasının da qiymətində eniş müşahidə olunub. WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar azalaraq 50,42 dollar təşkil edib.

 

Neftin ucuzlaşmasına oktyabrın 18-də neftin bahalaşması ilə əlaqədar bazar iştirakçılarının gəlirlərini hesablaması və dolların xarici valyutalara nisbətdə bahalaşması səbəb olub. Eyni zamanda Nigeriya beynəlxalq bazarda payını artırmaq üçün satdığı hər növ neftin qiymətini endirib. Rusiya isə günlük 4 milyon barel neft hasil etmək gücünə malik olduğunu açıqlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR