Bakıda "BMW" ilə "Toyota" toqquşdu, ağır yaralı var
Bakıda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan 99 FZ 255 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qırmızı işığa məhəl qoymayaraq yoluna davam edib və bu zaman qarşıdan gələn "BMW" ilə toqquşub. Zərbənin gücündən "BMW" yolun kənarındakı işıqfora çırpılıb.
Hadisə nəticəsində "BMW"nin sürücüsü və sərnişini xəsarətlər alıb. Sürücü müayinə edildikdən sonra evə buraxılıb, sərnişin isə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Avtomobillərin hər ikisi yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:05
457
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
389
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
524
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
400
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
388
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1202