Suriya Müdafiə Nazirliyi: Türk qırıcıları vurulacaq

"Türkiyə hərbi təyyarələri vurulacaq". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanat Suriya Müdafiə Nazirliyi tərəfindən verilib.

Nazirliyin saytında Türkiyəyə aid hərbi təyyarələrin son vaxtlar Suriyanın hava məkanını tez-tez pozduğu bildirib. Bu halın qəbuledilməz olduğu və belə halların davam edəcəyi təqdirdə ölkənin havadan müdafiə gücləri tərəfindən zərbə endiriləcəyi vurğulanır.

"İstənilən cəhdin qarşısı qətiyyətlə alınacaq, ölkənin hava məkanını pozan Türkiyə qırıcıları anında vurulacaq", - deyə yazılı bəyanatda qeyd olunur.

 


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR