Rus aviasiyası NATO gəmilərinə gözdağı verdi - BRİTANİYA SAHİLLƏRİNDƏ
Suriyaya getmək üçün yola çıxan Rusiyanın "Admiral Kuznetsov" aviadaşıyıcısı və nüvəbaşlıqlı raket gəmisi Şotlandiya ərazisinə yaxın sularda Britaniya donanması tərəfindən nəzarətə alınıb.
Rusiyanın şimal donanmasına məxsus gəmilərin hərəkəti ingilislərlə yanaşı Norveç tərəfindən də izlənməyə başlanıb.
Britaniya mətbuatı "ruslar gəlir" xəbərini mətbuatda manşetə çıxarıb. Bu arada Rusiya SU-33 bombardmançılarını və KA-27 helikopterlərini havaya qaldırıb.
Rus pilotların uçuşları Britaniya və Norveç tərəfindən izlənildiyi bir vaxtda təyyarələr və helikopterlər NATO gəmilərinin yaxınlığından uçublar. Daha sonra bölgəyə daha 6 NATO gəmisi yaxınlaşıb.
Xatırladaq ki, Moskva 3 gün əvvəl həmin gəmiləri Aralıq dənizinə göndərəcəyini açıqlayıb. Bunlar nüvəbaşlıqlı raket gəmisi "Pyotr Velikiy", "Severemorsk" sualtı gəmisi və "Admiral Kuznetsov" aviadşıyıcısıdır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?