Pentaqon Türkiyənin kürd qruplaşmalara endirdiyi zərbələrə münasibət bildirdi
ABŞ və Türkiyə İŞİD-lə mübarizə kampaniyası çərçivəsində əvvəlki kimi tərəfdaş olaraq qalmaqdadır. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter Türkiyə ordusunun kürd silahlı qruplaşmalarının Suriyadakı mövqelərinə zərbələr endirməsinə dair suala cavabında deyib.
“İŞİD-lə mübarizədə bizim əməkdaşlığımız möhkəm olaraq qalmaqdadır. BizSuriya-Türkiyə sərhədində təhlükəsizliyin təmin edilməsi üçün çox uğurlu iş aparırıq”, - deyə Karter brifinqdə bildirib. O, gələn həftə Türkiyənin milli müdafiə naziri Fikri Işıkla görüşəcəyini, danışıqlar zamanı qeyd olunan məsələnin də müzakirə ediləcəyini bildirib.
ABŞ müdafiə naziri bununla belə qeyd edib ki, İraqdakı istənilən xarici qüvvələr ölkənin suverenliyinə hörmətlə yanaşmalıdır: “Biz bunu edirik, bu bizim üçün prinsipial məqamdır”, - deyə nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?